Hindistanda ən çox axtarılan terrorçu ABŞ-də həbs edildi

Hindistanda ən çox axtarılan terrorçu ABŞ-də həbs edildi

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Hindistanın Pəncab əyalətində azı 14 terror aktında iştirakda və beynəlxalq terror təşkilatları ilə əlaqədə ittiham olunan Harprit Sinqhi həbs edib.

Oxu.Az "The Times of India"ya istinadən verdiyi məlumata görə, həbs edilən şəxs, həmçinin 2021-ci ildə ABŞ-yə qanunsuz daxil olmaqda da ittiham olunub.

Harprit Sinqh Hindistanda siqhlərin qadağan olunmuş separatçı "Babbar Khalsa International" (BKI) qruplaşmasının Pəncabda terrorizmin təşkili və icmalararası ixtilafın qızışdırılması, ölkənin müxtəlif ştatlarında terror aktları törətmək üçün ekstremistlərin silah və partlayıcı maddələrlə təmin edilməsinə dair tapşırıqlarını yerinə yetirən ən axtarılan terrorçu hesab olunur.

Hindistan hakimiyyətinin Harprit Sinqhin cinayətlərinin araşdırılması və mühakimə olunması üçün ABŞ-dən vətəninə deportasiya edilməsi üçün işlərə başlayacağı gözlənilir.

"Cebheinfo.az"