''Qalatasaray''ın Yunus ilə bağlı qorxduğu başına gəldi

''Qalatasaray''ın Yunus ilə bağlı qorxduğu başına gəldi

Performansı ilə Avropanın böyük klublarının diqqətini cəlb edən "Qalatasaray"ın milli ulduzu Yunus Akgün hələ də klubla yeni müqavilə imzalamayıb.

“Cebheinfo.az” xəbər verir ki, “Cim-Bom” Yunusun hazırkı müqaviləsində yer alan 11 milyon avroluq sərbəst qalma maddəsini aradan qaldırmaq və futbolçunu komandada saxlamaq istəyir.

Lakin Portuqaliyanın "Benfika" klubu bu məbləği ödəməyə və 24 yaşlı futbolçunu heyətinə qatmağa hazır olduğu iddia edilib.

Portuqaliya mətbuatı, xüsusilə “Correio da Manha”, “Benfika”nın bu şərti yerinə yetirməyə və futbolçunu transfer etməyə hazır olduğunu yazıb. 

Hətta xəbərdə Yunusun oyun üslubunun argentinalı ulduz Di Mariyaya bənzədiyi və onun mövsümün sonunda "Benfika"dan ayrılmasının gözlənildiyi də qeyd olunub.

Qeyd edək ki, bu mövsüm "Qalatasaray" forması ilə 37 oyuna çıxan Yunus Akgün ümumilikdə 2566 dəqiqə meydanda olub, 12 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda bazar dəyəri 12 milyon avro olan futbolçunun "sarı-qırmızılılar"la 2026-cı ilin yayına qədər müqaviləsi mövcuddur.

Əfsanə Rəcəb
“Cebheinfo.az”