Azərbaycanın daha 3 hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib

Boks üzrə Azərbaycan hakimləri, Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyevin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb.
IBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 5-ə yüksəlib. Daha öncə Emil Qurbanəliyevlə Anar Babanlı da bu kateqoriyaya yüksəliblər.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.
"Cebheinfo.az"