Çexiya tarixdə ilk dəfə Rusiyadan neft almağı dayandırdı

Çexiya tarixdə ilk dəfə Rusiyadan neft almağı dayandırdı

Çexiya tarixdə ilk dəfə Rusiyadan neft almağı dayandırdığını açıqlayıb.

Oxu.Az-ın "İzvestiya"ya istinadən xəbərinə görə, bu barədə Baş nazir Petr Fiala jurnalistlərə müsahibəsində məlumat verib.

"Tarixdə ilk dəfədir ki, Çexiya Rusiyadan deyil, tam şəkildə Qərbdən neftlə təmin olunur. Trans-Alp (TAL+) neft kəməri və daha sonra IKL (Ingolstadt Kralupy Litvinov) kəməri vasitəsilə bizə ildə 8 milyon tona qədər neft daxil ola bilər və bu, şübhəsiz ki, bütün Çexiyanın istehlakını ödəməyə kifayət edəcək", - deyə Petr Fiala bildirib.

Onun sözlərinə görə, TAL+ kəmərinin genişləndirilməsi artıq İtaliyadan ilk tədarükləri almağa imkan verib.

Qeyd edək ki, Rusiyanın "Drujba" boru kəməri ilə Çexiyaya neft idxalı martın 4-də dayandırılıb. 2024-cü ildə Rusiya xammalının tədarükünün ümumi həcmi 42% təşkil edib.

Bununla belə baş nazir əmindir ki, bu, istehlakçılar üçün heç bir təhlükə yaratmır.

"Cebheinfo.az"