Amerika nə istəyir? - "Pekin boyun əyməyəcək”

Amerika nə istəyir? - "Pekin boyun əyməyəcək”

"Görünən budur ki, Çin ABŞ qarşısında geri çəkilən deyil. 

Bu, mənim proqnozlarıma uyğun ssenarinin daha gerçək olacağınun təsdiqidir. Belə ki, vəziyyət kifayət qədər mürəkkəbdir. Trampın tarif siyasəti ABŞ-ni çox acı bir gerçəkliklə üz-üzə qoydu,Çin iqtisadiyyatının ABŞ-dən deyil, ABŞ iqtisadiyyatının Çindən asılı olduğu əyani sübuta yetirdi və hələ bir az da çox yetirəcək". 

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov deyib. 

Ekspertin sözlərinə görə, bəziləri  tezliklə tərəflərin danışıqlar masası arxasında oturaq müzakirələrə başlayacağını gözləyirdi:

"Halbuki, elə deyildi. Çin ABŞ-nin başlatdığı “tarif müharibəsi”ndə daha təmkinli və ağıllı mövqe nümayiş etdirdi və etdirir. Bunu təkcə bir fakt nümayiş diqtə edir. Pekin ABŞ-yə qarşı tarifləri 125 %-ə qaldırandan sonra bəyan etdi ki, bu sondur, qeyd olunan rəqəmdən də artıq rüsum artımı faktiki mənasız xarakter daşıyır.

Yəni, ABŞ mallarına, ümumiyyətlə, yaxın durmağa dəyməyəcək. Tramp administrasiyası isə tarifləri 200%-dən də yuxarı qaldıracağı haqda danışır ki, bu gülüncdür. Amerika nə istəyir ? Pekin boyun əyən deyil, bu, dəqiqdir".

Nigar 
"Cebheinfo.az"