HAZIRLIQ BAŞLADI: Lenin gedir, yerinə Putini qoyacaqlar

“Sosialist inqilabının lideri Vladimir Leninin cəsədinin Mavzoleydən götürülməsi üçün hazırlıq işləri başlayıb. Orada əsl İmperator üçün yer ayrılacaq”.
“Cebheinfo.az” “Кремлевская табакерка”-ya istinadən bildirir ki, bu barədə filosof Aleksandr Duqin məlumat verib.
O, Mədəniyyət Nazirliyinin mavzoleyin bərpası işlərinin az qala 20 milyon rubla sifariş verməsi xəbərindən danışarkən deyib.
Hələ yanvar ayında Aleksandr Duqin belə bir ideya irəli sürmüşdü ki, Leninin cənazəsi Mavzoleydən götürülməli, bina yenidən qurulmalı, bərpa edilməli və burada müasir Rusiyanın hərbi uğurları üçün ibadət yeri təşkil edilməlidir.
Duqin deyib:
“Əsl İmperatorumuz (Vladimir Putin-red.) ölümündən sonra orada dəfn edilməlidir. İndi proses başlayıb. Mavzoley Leninin nəşinin götürülməsi üçün hazırlanır, orada əsl İmperatorun, hazırda Rusiyanı Böyük Qələbələrə aparan prezidentin yeri olacaq. Bu, artıq aydındır. Yeri gəlmişkən, diqqət yetirin. Onlar məqbərədə silah anbarının sahəsini artırmağı planlaşdırırlar. Əminəm ki, orada döyüş meydançasında düşməndən götürülən ən qiymətli silah nümunələrinin sərgisini təşkil edəcəklər”.
O, belə proseslərin getməsindən sevinməyə və hamını Leninin cənazəsinin tez bir zamanda Mavzoleydən çıxarılması üçün dua etməyə çağırıb.
Kremldəki mənbələr Vladimir Putinin nə vaxtsa Mavzoleydə dəfn oluna biləcəyi ehtimalının şərhindən imtina ediblər:
“Ümumiyyətlə, prezidentin ölümü barədə düşünmək axmaqlıqdır”.
Prezident Administrasiyası xatırladıb ki, bu variant nəzərdən keçirilir.
Xəzər
“Cebheinfo.az”