Ançelotti vətəninə qayıdır?

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti kariyerasına İtaliyada davam edə bilər. 65 yaşlı mütəxəssisin adı əvvəllər də çalışdırdığı “Milan” və “Roma” ilə hallanır.
"Cebheinfo.az" xəbər verir ki, “kral klubun”dakı inamsız nəticələri Ançelotti ilə bağlı iddiaları daha da artırıb. İtaliya mətbuatı isə “Papa Karlo”nun “rossionerlər”ə rəhbərlik etməyə yaxın olduğunu yazıb.
Qeyd edək ki, Karlo Ançelotti “Milan”ın baş məşqçisi kimi 2 dəfə Çempionlar liqası (2003, 2007) və 1 dəfə A Seriyası (2003) olmaqla, ümumilikdə 8 kubok qazanıb.
"Cebheinfo.az"