Orduxan Baş Prokurorluğa çağırıldı

Orduxan Baş Prokurorluğa çağırıldı

Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir.

Qeyd edilib ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Təqsirləndirilən şəxs 23.09.1969-cu il təvəllüdlü Bəbirov Orduxan Teymurxan oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.

Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, Elşad Abdullayev və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.

"Cebheinfo.az"