Aydın Kərimov: "1 400-dən çox sakin artıq Şuşa şəhərində yaşayır"

"Aşağı Gövhər ağa məscidi və Çöl Qala məscidi qısa müddət ərzində bərpa olunub. Dahi Üzeyir Hacıbəyovun ev muzeyi də bərpa prosesindən sonra açılıb".
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı ili"nin bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib.
O qeyd edib ki, 1 400-dən çox sakin artıq Şuşa şəhərində yaşayır.
"Cebheinfo.az"