Mahir Polat ev dustaqlığına buraxıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Mahir Polat məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
Bu haqda “TRT haber” məlumat yayıb.
Buna səbəb isə M.Polatın səhhətində yaranan narahatlıqlar olub.
Xatırladaq ki, Mahir Polat martın 29-da saxlanıldığı Mərmərə Qapalı Cəzaçəkmə Müəssisəsindən təcili tibbi yardım maşını ilə Mehmet Akif Ersoy adına Ürək-Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına aparılmışdı.
Polat səhhətinin qiymətləndirilməsi üçün dünən səhər saatlarında həbsxanadan İstanbul Ekspertizasına aparılıb və orada müayinə olunub.
Qeyd edək ki, M.Polat İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində həbs edilmişdi.
"Cebheinfo.az"