ABŞ Çin mallarına tarifləri 125%-ə qaldırdı

ABŞ Çin mallarına tarifləri 125%-ə qaldırdı

ABŞ Çindən gələn mallara rüsumları 125 faizə qaldıracaq.

Bu qərarı ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.

“Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, ABŞ-nin Çinə tətbiq etdiyi tarifləri dərhal 125 faizə qaldırıram”.

Xatırladaq ki, Ağ Ev Çindən idxal olunan məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını bildirmişdi.

Bunun ardınca rəsmi Pekinin cavabı gecikməmişdi. Belə ki, Çinin Maliyyə Nazirliyi cavab olaraq ABŞ-dən idxal edilən məhsullara görə gömrük rüsumunu 34 faizdən 84 faizə qaldırdığını açıqlamışdı.

"Cebheinfo.az"