İsrail səfiri Niderland XİN-ə çağırılıb

İsrail səfiri Qəzza zolağında humanitar yardım konvoyuna hücumla bağlı izahat vermək üçün Niderland Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp “X” sosial şəbəkəsində yazıb.
"Mənim xahişimlə bu gün səhər İsrail səfiri Qəzza sektorunda narahatlıq doğuran hadisələr, o cümlədən humanitar konvoya hücumla bağlı izahat vermək üçün çağırılıb. Niderland İsrailin təhlükəsizliyi, bütün girovların qaytarılması və fələstinlilərin ciddi humanitar ehtiyaclarının təmin edilməsinin tərəfdarıdır", - o bildirib.
Bir sıra KİV-in məlumatına görə, sözügedən hadisə aprelin 2-də baş verib. İsrail ordusu Fələstin anklavında “World Central Kitchen” humanitar təşkilatının maşınına zərbə endirib. Nəticədə yeddi nəfər, o cümlədən bir neçə xarici vətəndaş həlak olub.
"Cebheinfo.az"