20 fələstinli həlak olub

İsrailin Qəzzanın şərqindəki Şucayya məhəlləsində bir evi hədəf alması nəticəsində 20 fələstinli ölüb, 50 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, xəstəxana mənbələrindən alınan məlumata görə, İsrail ordusu Şüceyye məhəlləsində Bağdad küçəsində yerləşən evi bombalayıb. Hücumda 20 fələstinli həyatını itirib, 50-si yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının arta biləcəyi ilə bağlı qorxular var. Hadisə şahidləri dağıntılar altında çoxlu insanın olduğunu bildiriblər.
Nigar Hacılı
"Cebheinfo.az"