Lökbatanda palçıq vulkanı püskürdü

Lökbatanda palçıq vulkanı püskürdü

Lökbatanda palçıq vulkanı püskürüb. 

"Cebheinfo.az" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, palçıq vulkanlarının seysmik monitorinqi şəbəkəsi tərəfindən növbəti püskürmə bu gün yerli vaxtla saat 04:04-də qeydə alınıb.

Püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada olub. Birinci faza yerli vaxtla 04:04-də, ikincisi 05:20-də, üçüncüsü isə 05:31-də qeydə alınıb.

Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.

"Cebheinfo.az"