1 matçda oynadı: 6 sarı, 3 qırmızı vərəqə aldı

1 matçda oynadı: 6 sarı, 3 qırmızı vərəqə aldı

Türkiyə futbolunda qeyri-adi göstərici qeydə alınıb.

“Cebheinfo.az” xəbər verir ki, Həvəskar Liqasında çıxış edən Kumluca Bələdiyyəsporun həm qapıçısı, həm də məşqçisi olan Bekir Küçükertaş diqqət mərkəzindədir.

O, bu mövsüm sadəcə 1 matçda qapıçı kimi meydana çıxıb. Digər matçlarda isə meydanın kənarında olub. Məşqçi aqressiv davranışlarına görə tez-tez hakimlərlə mübahisə edir. O, bu mövsüm etirazlara və gərgin dialoqlara görə 9 dəfə cəzalandırılıb. Bekir Küçükertaş 3 dəfə qırmızı vərəqə, 6 dəfə isə sarı vərəqə alıb. Bu isə maraqlı statistika olaraq diqqət çəkib.

Elmir 
“Cebheinfo.az”