İran-ABŞ danışıqlarında vasitəçilər kim olacaq?

“İran və ABŞ arasında Omanda danışıqlar ABŞ administrasiyasının nümayəndələrinin əvvəlcədən bildirdiyi kimi birbaşa deyil, vasitəçilərlə aparılacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“İranın xarici işlər naziri Abbas Əraqçi Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlarda Ayətullah Əli Xameneyinin göstərişlərini təqdim edəcək”, - Pezeşkianın mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İran və ABŞ arasında aprelin 12-nə planlaşdırılan danışıqların birbaşa keçiriləcəyini açıqlayıb. Ertəsi gün Ağ Evin mətbuat katibi Karolin Levitt də eyni bəyanatı verib. İran Xarici İşlər Nazirliyi də öz növbəsində bu məlumatı təkzib edərək bildirib ki, Tehran Vaşinqtonla vasitəçi olmadan ünsiyyət qurmaq niyyətində deyil:
“Çünki ABŞ vaxtilə nüvə sazişi ilə bağlı razılaşmanı pozub”.
Xəzər
“Cebheinfo.az”