Bakıda motosiklet iki qadını vurub
Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Füzuli küçəsində baş verib.
Qış parkından yolun əks tərəfinə keçmək istəyən 1955-ci il təvəllüdlü Raxamimova Xiba Adıdyayevna və 1963-cü il təvəllüdlü Yusufova Yevgeniya Yumtuyevnanı motosiklet vurub.
Hər iki qadın ağır xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların vəziyyətləri ağır kimi qiymətləndirilir.
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
"Cebhe.info"