"Crocus"da ölənlərin sayı yenə artıb

"Crocus"da ölənlərin sayı yenə artıb

 Rusiyada törədilən terror aktında həyatını itirənlərin sayı 144-ə yüksəlib.

"Cebhe.info" xəbər verir ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko Moskvada jurnalistlərə açıqlamasında martın 22-də “Crocus City Hall” konsert salonunda törədilən terror aktı nəticəsində yaralananların müalicəsinin davam etdiyini bildirib.

 Müalicə alanlardan birinin bu gün dünyasını dəyişdiyini bildirən Muraşko "Təəssüf ki, vəziyyəti son dərəcə ağır olanlardan biri dünyasını dəyişdi. Həkimlər mümkün olan hər şeyi etdi",- deyib.  

 Muraşko qeyd edib ki, 17-nin vəziyyəti ağır olan 69 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

Nigar Hacılı 
"Cebhe.info"