Qurban Yetirmişli zəlzələni TƏKZİB ETDİ

Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ baş verib.
Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. Xatırladaq ki, ötən gün də Lerik və Yardımlıda zəlzələ qeydə alınıb.
Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Cebheinfo.az”- a bildirib ki, ötən gün adıçəkilən ərazilərdə zəlzələ qeydə alınsa da, bu gün yenidən həmin ərazilərdə zəlzələ ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Nigar
“Cebheinfo.az”