“Şərurlu İsfəndiyar” müqaviləni itirib

“Şərur” MTK-nın payçılarından biri arasında bağlanılmış müqavilə yoxa çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sənədin hansı şəraitdə itdiyi açıqlanmayıb.
Belə ki, payçı Məmmədov Rəmal Bəhman oğlu ilə “Şərur” MTK arasında 28 avqust 2023-cü il tarixində bağlanmış müqavilə itib və həmin sənəd itdiyi üçün etibarsız sayılıb.
Qeyd edək ki, “Şərur” MTK-nın sahibi qalmaqallı iş adamı İsfəndiyar Axundovdur (Şərurlu İsfəndiyar).
"Cebheinfo.az"