"Arsenal" son 7 yarımfinal matçının heç birində qələbə qazana bilməyib

İngiltərənin "Arsenal" klubu meydana çıxdığı son 7 yarımfinal matçının heç birində qələbə qazana bilməyib.
"Report" "Opta"ya istinadən xəbər verir ki, bu, ötən gün PSJ ilə görüşdən (0:1) sonra reallaşıb.
Bu görüşlərdə 5 dəfə məğlubiyyət və iki heç-heçəsi oln klub həmçinin son 6 yarımfinal oyununda ardıcıl bir qol vura bilməyib.
Qeyd edək ki, London klubu 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunun yarımfinalında "Nyukasl"a (0:2, 0:2), 2021/2022 mövsümündə eyni turnirin yarımfinalında "Liverpul"a (0:0, 0:2) və 2020/2021 mövsümündə UEFA Avropa Liqasının yarımfinalında "Vilyarreal"a (1:2, 0:0) uduzub.
"Cebheinfo.az"