BƏƏ millisi Paulu Bentu ilə yolları ayırıb

BƏƏ millisi Paulu Bentu ilə yolları ayırıb

BƏƏ millisi baş məşqçi Paulu Bentu ilə yolları ayırıb.

Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Qərar, BƏƏ-nin DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində Şimali Koreya üzərində 2:1 hesablı qələbəsindən bir gün sonra verilib.

BƏƏ mundialın final mərhələsinə vəsiqə qazanmaq şanslarını qoruyub saxlayır. Komanda sona iki tur qalmış A qrupunda üçüncü pillədə qərarlaşıb və lider mövqeyində olan Özbəkistandan cəmi 4 xal geri qalır.

Qeyd edək kiportuqaliyalı mütəxəssis 2023-cü ildən BƏƏ millisinə rəhbərlik edir. O, daha əvvəl Portuqaliya və Cənubi Koreya yığmalarını, həmçinin "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan) və "Kruzeyro"nu (Braziliya) çalışdırıb.

"Cebheinfo.az"