Bu ölkədə bütün futbol oyunları təxirə salındı

Bu ölkədə bütün futbol oyunları təxirə salındı

Birləşmiş Ərəb Əmirliklərində aramsız yağan yağışlar səbəbindən bəzi reyslər təxirə salınıb.

"Cebhe.info" “WAM”-a istinadən xəbər verir ki, leysan yağışlar Əbu-Dabi və Dubay əmirliklərində böyük fəsadlar törədib.

Daşqınlar səbəbindən küçə və prospektlərdə bəzi avtomobillər su altında qalıb.

BƏƏ-nin hava yolu şirkətlərindən biri olan "Fly Dubai" əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv edərkən, bir çox reyslər də təxirə salınıb.

Digər tərəfdən, BƏƏ Futbol Federasiyası bu gün keçiriləcək bütün yerli futbol matçlarının təxirə salındığını və matçların yeni tarixinin daha sonra müəyyən ediləcəyini açıqlayıb.

Bildirilib ki, ölkədə polis və yerli administrasiyalar hazırlıq vəziyyətindədir və yağışlar çərşənbə axşamı günorta saatlarına qədər davam edəcək.

Nigar Hacılı 
"Cebhe.info"