Dünya ulduzu “Fənərbağça”dan ayrılır

Dünya ulduzu “Fənərbağça”dan ayrılır

Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Leonardo Bonuççinin mövsümün sonunda komandadan ayrılması gözlənilir.

“Cebhe.info” xəbər verir ki, İstanbul təmsilçisinin 36 yaşlı futbolçu ilə müqaviləni uzatmaq istəmədiyi önə sürülüb.

Son xəbərlərə görə isə İtaliyanın “Cenoa” komandası dünya ulduzu ilə maraqlanır. Hətta tərəflər arasında ilkin razılıq əldə olunduğuna dair də məlumatlar yayılır. Bonuççinin də karyerasının sonunda yenidən İtaliyaya qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, təcrübəli müdafiəçi bu mövsüm “Fənərbağça”da 8 matçda forma geyinib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Elmir 
“Cebhe.info”