"Sabah" klubu 4000 manat cərimələnib

"Sabah" klubu 4000 manat cərimələnib

AFFA İntizam Komitəsi "Sabah" klubunu 4000 manat cərimələyib.

"Cebheinfo.az" xəbər verir ki, buna məşqçi Aleksey Antonyukun "Neftçi"yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib. 

"Neftçi" isə azarkeşlərnin  pirotexniki vasitədən istifadə etməsi ucbatında 1500 manat ziyana düşüb. 

"Araz- Naxçıvan" klubu 700 manat cərimə edilib. Naxçıvan klubunun dörd oyunçusu "Qarabağ"ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alıb.

"Cebheinfo.az"