Krivoy Roqda ölənlərin sayı 19-a çatdı - FOTOLAR

Krivoy Roqda ölənlərin sayı 19-a çatdı - FOTOLAR

“Ötən gecə Rusiya ordusunun Krivoy Roq şəhərinə təşkil etdiyi dron hücumları zamanı ölənlərin sayı 19-a çatıb”.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyak deyib.

Onun sözlərinə görə, ölənlərdən 9-u azyaşlıdır. Ümumilikdə isə hücumlar zamanı 68 mülki şəxs yaralanıb ki, onlardan 40-nın hazırda xəstəxana şəraitində müalicəsi aparılır.

Krivoy Roq sakinləri isə ölən uşaqların xatirəsinə ərazidəki oyun meydançasına gül-çiçək və oyuncaqlar gətirirlər.

"Cebheinfo.az"