Xabi Alonso "Real Madrid"i çalışdırmaq üçün şərtlərini açıqlayıb

Xabi Alonso "Real Madrid"i çalışdırmaq üçün şərtlərini açıqlayıb

"Bayer Leverkuzen"in ispaniyalı baş məşqçisi Xabi Alonso "Real Madrid"də Karlo Ançelottini əvəzləmək üçün yeganə şərtini açıqlayıb.

Oxu.Az "Defensa Central"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Madrid nəhənginə mesaj göndərərək müqavilənin bütün detallarını razılaşdırmaq üçün bir ay vaxt verib.

Alonsonun "Bayer Leverkuzen"lə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatır. Ançelottinin Madrid klubu ilə anlaşması da, həmçinin həmin tarixdə bitəcək.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Arsenal"a darmadağın (0:3) olub. Cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.

"Cebheinfo.az"