“Araz-Naxçıvan” “Turan Tovuz”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start veriləcək.
"Cebheinfo.az" xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək.
“Araz-Naxçıvan” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Turan Tovuz”la üz-üzə gələcək. Qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.
“Sabah” – “Səbail” və “Qarabağ” – “Neftçi” matçları sabah, “Şamaxı” – “Kəpəz” və “Zirə” – “Sumqayıt” oyunları isə bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası
31-ci tur
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
“Liv Bona Dea Arena”, 19:00.
"Cebheinfo.az"