Azərbaycanda vəkillərin yeni sayı açıqlandı

Azərbaycanda vəkillərin yeni sayı açıqlandı

"Bu gün keçirilən mərasimdə daha 102 namizəd vəkil andı içərək Vəkillər Kollegiyasının (ARVK) üzvü olub. Bununla da ölkəmizdə vəkillərin ümumi sayı 2 609 nəfərə çatıb".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri ARVK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində kollegiyanın sədri Anar Bağırov deyib.

Anar Bağırov qeyd edib ki, yeni qəbul olunan vəkillərdən 56 nəfəri kişi, 46 nəfəri isə qadındır:

"Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edir".

"Cebheinfo.az"