Səhiyyə Nazirliyi bir avtomobilə 255 min manat sərf edəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xüsusi təyinatlı tibbi avtomobil sifariş edəcək.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, alınacaq avtomobilin cəzaçəkmə müəssisələrində məhbuslar arasında vərəm infeksiyasına qarşı müayinə üçün istifadəsi nəzərdə tutulub.
Eyni zamanda, nazirlik sözügedən avtomobilin satın alınmasına 254 966 manat sərf olunacağını proqnozlaşdırıb.
"Cebheinfo.az"