Qaynını güllələmişdi: Özü də həbsdə öldü

Qaynını güllələmişdi: Özü də həbsdə öldü

Şəki Penitensiar Mərkəzində cəza çəkən məhkum vəfat edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ötən gecə 1960-cı il təvəllüdlü Vidadi Balıyev kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, V.Balıyev qəsdən adam öldürmə cinayətinə görə həbsdə idi. O, 2017-ci ildə Şəkidə meşə ərazisində qaynını güllələyərək qətlə yetirib.

"Cebheinfo.az"