Lula da Silva və Tramp Putinə heyranmış

Lula da Silva və Tramp Putinə heyranmış

Braziliya və ABŞ prezidentləri Lula da Silva və Donald Tramp Rusiya lideri Vladimir Putinin siyasətinə heyranlıqlarını gizlətmirlər, amma Volodimir Zelenskiyə qarşı isə açıq-aşkar ikrah hissi bəsləyirlər. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Braziliyanın "O Globo" nəşri yazır.

Nəşrin yazdığına görə, ABŞ və Braziliya rəhbərləri arasında münasibətlər o qədər də isti deyil, onların demək olar ki, ortaq heç nəyi yoxdur.Tramp keçmiş Braziliya lideri Jair Bolsonarunu ABŞ üçün daha münasib və yaxın tərəfdaş kimi görür. O, indi Braziliya ilə münasibətlərə diqqət ayıracaq durumda deyil.

ABŞ Prezidenti əsasən, Çinlə “ticarət savaşı”, Ukraynadakı müharibənin dayandırılması və "Qrenlandiyanı, Kanadanı, Panama kanalını ələ keçirməyə yönələn sürreal planlar"la məşğuldur."O Globo" xüsusi olaraq vurğulayır ki, həm Trampın, həm də Lula da Silvanın Zelenskiyə qarşı duyduğu nifrət çox açıq və təəccüblüdür. Amma Putinə münasibət tam fərqlidir, hər iki lider ona heyranlıqla baxır.

Qeyd edək ki, Lula da Silvanın yaxın günlərdə Moskvada Qələbə Günündə iştirak edəcəyi gözlənilir.O, həmçinin Putinlə Ukraynada sülhə nail olmaq yollarını müzakirə etməyi planlaşdırır.

Səbinə Uğur 
"Cebheinfo.az"