21 yaşlı futbolçu qapıçı ilə toqquşdu: Öldü

Perunun "Real Titan" klubunun futbolçusu Helar Qonzales Altamirano dünyasını dəyişib.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, o, qapıçı ilə toqquşaraq faciəvi şəkildə vəfat edib.
İnsident Peru kuboku çərçivəsində "Real Titan"ın "Defensor Nueva"ya qarşı oyunu zamanı baş verib. 7-ci dəqiqədə Qonzales Altamirano rəqib qapıçı ilə toqquşub və sonra huşunu itirib. 21 yaşlı futbolçunu xərəkdə xəstəxanaya aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Klub oyunçusunun yaxınlarına səbr diləyib.
"Cebheinfo.az"