Lebron Ceyms yeni uğurlu nəticəyə imza atıb

"Los-Anceles Leykers"də çıxış edən ulduz basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) tarix yazmaqda davam edir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Dallas"la səfər oyununda Lebron Ceyms NBA-nın müntəzəm çempionatlarında 1 561-ci oyununu keçirib.
40 yaşlı idmançı bu göstərici ilə NBA tarixində ən çox oyun keçirmiş ikinci basketbolçuya çevrilib.
Qeyd edək ki, hazırda birincilik 1 611 oyun keçirmiş dördqat NBA çempionu Robert Perişə məxsusdur.
"Cebheinfo.az"