Ersin Tatar: "İlham Əliyevin bəyanatından çox məmnunuq"

Ersin Tatar: "İlham Əliyevin bəyanatından çox məmnunuq"

ŞKTC-nin prezidenti Ersin Tatar Azərbaycanın paytaxtı Bakıda ADA Universitetində keçirilən və dünyanın 44 ölkəsindən 80-dən çox mütəxəssisin iştirak etdiyi “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bəyanatı alqışlayıb.

Bizimyol.info xəbər verir ki, Prezident Tatar, Azərbaycan Prezidenti Əliyevin bəyanatında; “Şimali Kipr Türk Cühuriyyətinin (ŞKTC) Annan planına “hə” dediyini, Cənubi Kipr Rum Administrasiyasının isə buna qarşı çıxdığını xatırladaraq:

“Sonra nə oldu? Kipr Rum Administrasiyası AB-yə üzv qəbul edildi. Bu ədalətlidirmi? Bu, ikili standartların bariz nümunəsidir. ŞKTC qardaşlarımız əmin ola bilərlər ki, onların ölkəsi beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınması üçün hər zaman onların yanında olacağıq”, - deyib.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından son dərəcə şadıq. Mən Şimali Kipr Türk Respublikasına göstərdiyi güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm. Sevinirik ki, eyni xalqın ayrılmaz hissəsi olan Azərbaycanla qəlb birliyimiz, dəyərlərimiz, əlaqələrimiz getdikcə artır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından çox məmnunuq”, - deyə Tatar qeyd edib.

Prezident Ersin Tatar: “Mən Prezident Əliyevə verdiyi bəyanatlara görə bir daha təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız və əməkdaşlığımız əbədi olaraq davam edəcəkdir”.

"Cebheinfo.az"