Şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olundu

Şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Bakıda dəfn olunub.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, şəhidin qalıqları Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Hüseynov Mübariz Sabəddin oğlu 1970-ci ildə Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.

1993-cü idlə Cəbrayıl şəhərində itkin düşüb.

"Cebheinfo.az"