Xırdalanda şok: 12 mərtəbəli binadan özünü atan yeniyetmə sağ qaldı

Abşeronda intihar hadisəsi olub.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Xırdalan şəhərində qeydə alınıb.
17 yaşlı Abakər Elnur oğlu Məhərrəmzadə intihar məqsədi ilə 12 mərtəbəli binanın 6-cı mərtəbəsindən özünü atıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır
"Cebheinfo.az"