Bayden bir çıxışa görə 300 min dollar istəyir: Qulaq asan tapılsa...

ABŞ-nin keçmiş prezidenti Co Baydenin tədbirdəki çıxışı təşkilatçılara 300 min dollara başa gələcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Post” (NYP) məlumat yayıb.
Məlumata görə, ABŞ-nin keçmiş prezidentinin tələbləri siyahısına şəxsi təyyarə ilə uçuş və çıxış üçün başqa şəhərə getməli olduğu halda beş köməkçisinin xidmət haqqının ödənilməsi də var. NYP yazır ki, tələb olunan məbləğ Amerikanın 44-cü lideri Barak Obamanın 2017-ci ildə Ağ Evi tərk etdikdən sonra çıxışı üçün tələb etdiyi 400 min dollardan 25% azdır.
Buna baxmayaraq, “ Creative Artists Agency” (CAA) onu natiq kimi sifariş etmək istəyən insanları tapmaqda çətinlik çəkib. "CAA tədbir sifariş etməkdə çətinlik çəkir və bu, təəccüblü deyil",-deyə mənbələrindən biri nəşrə bildirib.
Bu həftənin əvvəlində Bayden İllinoys ştatının Çikaqo şəhərində vəzifəsindən ayrıldıqdan sonra əlil insanlara hüquqi dəstək verən qeyri-hökumət təşkilatının konfransında ilk dəfə ictimaiyyət qarşısında çıxış etdi. Keçmiş Ağ Ev rəsmisi NYP-yə Baydenin ictimaiyyət qarşısında çıxışı ilə bağlı deyib: "Baxmaq çətin idi. Mənə elə gəldi ki, əhəmiyyət verdiyim birinin yerini itirməsini izləyirəm”.
Xəzər
“Cebheinfo.az”