Trampın xüsusi nümayəndəsi Putinlə nəyi müzakirə edib?

Trampın xüsusi nümayəndəsi Putinlə nəyi müzakirə edib?

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna əraziləri məsələsini müzakirə edib. 

O hesab edir ki, Rusiya Ukraynanın bəzi bölgələrini əldə edə bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Uitkoff "The Wall Street Journal "nəşrinə verdiyi müsahibəsində bildirib.

Xatırladaq ki, ABŞ rəsmisi ötən həftə Rusiyaya səfər edib və səfər çərçivəsində Putinlə Ukrayna əraziləri barədə danışdığını təsdiqləyib.

Uitkoff bildirib ki, onların söhbətində Putin Ukraynanın əraziləri mövzusuna xüsusi diqqət ayırıb və bu məsələyə çox köklənib.

Amerikalı nümayəndənin sözlərinə görə, Rusiya Ukraynanın bəzi bölgələrinə nəzarət əldə edə bilər, amma bu, bütün əraziləri əhatə etməyəcək. 

Uitkoff həmçinin bildirib ki, əgər həmin bölgələrdə rusdilli əhali yaşayırsa, Ukrayna bu ərazilər üçün “o qədər də narahat olmaya bilər”.

Səbinə Uğur
"Cebheinfo.az"