Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attarı vəzifədən çıxarıb.
Bu barədə Türkiyə mediasında məlumat dərc olunub.
Belə ki, Aygün Attar Təhlükəsizlik və Xarici Siyasət Şurasından xaric edilib.
Xatırladaq ki, azərbaycanlı alim 2021-ci ildə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilmişdi.
"Cebheinfo.az"