Rusiya Dneprə raket zərbəsi endirib: Ölən var

Rusiya Dneprə raket zərbəsi endirib: Ölən var

Aprelin 10-da Rusiya hərbçiləri Dnepr şəhərinə raket zərbəsi endirib, azı bir nəfər ölüb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

“Dnepr. Düşmən şəhərə raketlə hücum edib. Zərbə endirilən yerdə genişmiqyaslı yanğın baş verib. Mülki obyektin ərazisində dağıntılar var”, - Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Serqey Lısak deyib.

O qeyd edib ki, ilkin məlumata görə, raket hücumu nəticəsində 42 yaşlı kişi ölüb, daha 3 nəfər isə yaralanıb.

Rusiya hərbçilərinin hansı obyekti vurduğu açıqlanmır.

"Cebheinfo.az"