İran ABŞ-yə üç mərhələli nüvə sazişi təklif etdi

İran ABŞ-yə üç mərhələli nüvə sazişi təklif etdi

İran ABŞ-yə üç mərhələli nüvə sazişi təklif edib. Saziş ABŞ sanksiyalarının ləğvi müqabilində uranın zənginləşdirilməsini 2015-ci ildə ləğv edilmiş sazişdə razılaşdırılmış səviyyədə məhdudlaşdırılmasını nəzərdə tutur.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə üç diplomatik mənbə "İran İnternational"a məlumat verib.

Mənbənin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidentinin Omandakı xüsusi nümayəndəsi Stiven Uitkoffa bildirib ki, Tehran uranın zənginləşdirilməsini müvəqqəti olaraq 3.67%-ə qədər azaldacaq, əvəzində isə Vaşinqton ona dondurulmuş maliyyə aktivlərinə çıxış və öz neftinin ilkin mərhələdə ixracı imkanını verəcək.

Məqalədə qeyd olunur ki, ikinci mərhələdə ABŞ daha da çox sanksiyaları ləğv edəcək və BMT qadağalarının təkrar tətbiqinin qarşısını alacaq, bunun müqabilində isə İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) nüvə obyektlərində təftişləri bərpa etməyə, eləcə də nüvə nəzarəti orqanına elan edilməmiş obyektlərdə gözlənilməz yoxlamalar aparmağa imkan verən "əlavə protokol" tətbiq etməyə icazə verəcək.

"Cebheinfo.az"