Prezident: “Ailənizə üz vermiş ağır itki məni olduqca kədərləndirdi”

Prezident: “Ailənizə üz vermiş ağır itki məni olduqca kədərləndirdi”

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya başsağlığı verib.

"Cebheinfo.az" xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!”

"Cebheinfo.az"