HƏMAS-dan girov açıqlaması: İsrail Qəzzadan çəkilsə...

HƏMAS-dan girov açıqlaması: İsrail Qəzzadan çəkilsə...

HƏMAS İsrailin hücumlarını dayandırması və Qəzzanı tərk etməsi müqabilində bütün israilli girovları azad edəcəyini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye İsrailin verdiyi “qismən” atəşkəs təklifləri ilə bağlı açıqlama verib.

İsrailin təklif etdiyi atəşkəs təklifi sona çatdıqda Qəzzaya hücumların yenidən başlayacağı bu cür qismən atəşkəs təkliflərini rədd etdiklərini söyləyən Hayye, "İsrailin hücumlarını dayandırması, Qəzzadan tamamilə geri çəkilməsi və blokadanın yenidən qurulmasına son verməsi müqabilində bütün məhbusların azad edilməsini nəzərdə tutan əhatəli paket üzərində dərhal danışıqlara başlamağa hazırıq" deyib.

HƏMAS rəsmisi bildirib ki, Netanyahu müharibəyə və aclığa qayıtmaq qərarı ilə Qəzzadakı məhbuslarını aclıqdan, soyuqdan, xəstəlikdən və ya bu cinayətkar ordunun qəsdən bombardmanından ölməyə məhkum edir:

“Netanyahu şəxsi siyasi məqsədləri, hakimiyyətdə qalmaqdan üçün bütün məhbusları azad etməkdən imtina edir".

Nigar
“Cebheinfo.az”