Yaponiyadan Rusiyaya etiraz NOTASI

Yaponiya Rusiyanı Cənubi Kuril adaları yaxınlığında hərbi gücünü artırmaqda ittiham edib və bu səbəbdən rəsmi Moskvaya etiraz notası göndərib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Takesi İvayan mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda Rusiya Kuril adaları yaxınlığında hərbi təlimlər keçirir:
“Bununla bağlı Rusiya Yaponiya tərəfini əvvəlcədən xəbərdar edib. 17-22 aprel tarixlərində Kunaşir, Şikotan və Xabomai adaları yaxınlığında hərbi təlimləri keçiriləcək. Yaponiya hesab edir ki, bu adalar onlara məxsusdur”.
“Biz etirazımızı diplomatik kanallarla çatdırmışıq. Rusiyanın bu ərazilərdə hərbi fəaliyyəti, o cümlədən təlimlər keçirməsi bizim mövqeyimizə ziddir və qəbuledilməzdir”, - deyə Yaponiya XİN rəhbəri bildirib.
Xatırladaq ki, Yaponiya və Rusiya İkinci Dünya müharibəsindən sonra sülh sazişi imzalamaq üçün uzun illərdir danışıqlar aparır. Əsas problem Cənubi Kuril adalarının kimə məxsus olması ilə bağlıdır.
Müharibədən sonra bu adalar Sovet İttifaqının tərkibinə daxil edilib, amma Yaponiya bu adaların: Kunaşir, İturup, Şikotan və bir neçə kiçik adanın ona aid olduğunu iddia edir. Rusiya isə dəfələrlə bəyan edib ki, bu ərazilər üzərində suverenliyi tam hüquqla tanınıb və buna şübhə yeri yoxdur.
Rusiya həmçinin qeyd edib ki, Yaponiya Ukrayna ilə bağlı sanksiyalar tətbiq etdiyinə görə iki ölkə arasında sülh sazişi üzrə danışıqları dayandırıb.
Səbinə Uğur
"Cebheinfo.az"