İrəvan öz günahını Azərbaycanın boynuna atır

Daşkənddə Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan və ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma arasında görüş keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Tərəflər regionda sülh və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ermənistan parlamentinin sədr müavini Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib. Arşakyan bildirib ki, sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Azərbaycan əlavə ilkin şərtlər, o cümlədən ATƏT-in Minsk qrupunun ləğvi və fəaliyyətinə xitam verməklə sənədin imzalanmasını ləngitmək üçün “süni səbəblər” axtarır.
Ermənistan parlamentinin vitse-spikeri ATƏT rəsmisinə “Sülh kəsişməsi” layihəsini təqdim edərək, bütün nəqliyyat kommunikasiyalarının və digər infrastrukturların blokdan çıxarılmasının zəruriliyini deyib. ATƏT Parlament Assambleyasının prezidenti regionda uzunmüddətli sülhün bərqərar olmasına bir daha dəstəyini ifadə edib. O, yaxın vaxtlarda sülhə və təhlükəsizliyə xidmət edəcək bölgəyə səfər etməyi planlaşdırdığını açıqlayıb. Görüş Cənubi Qafqazda kommunikasiyaların blokdan açılması, digər məsələlərin həllinə xüsusi diqqət yetirilməklə dialoq və əməkdaşlığa dair ümumi öhdəliklərin davam etdirilməsi ilə başa çatıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”