Rusiyalı hokkeyçi NHL rekordunu təkrarlayıb

Milli Hokkey Liqası təmsilçisi (NHL) "Vaşinqton"un rusiyalı oyunçusu Aleksandr Oveçkin Ueyn Qretskinin rekordunu təkrarlayıb.
"Report" NHL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı hokkeyçi bunu ötən gün baş tutan "Çikaqo" ilə görüşdə reallaşdırıb.
Qarşılaşmada dubla imza atan hokkeyçi matçın üçüncü dövrəsinin 6:14-cü dəqiqəsində 894-cü qolunu vurub. Bununla da o, Ueyn Qretskinin tarixi rekordunu təkrarlayıb.
Qeyd edək ki, görüş "Vaşinqton" - "Çikaqo" matçı paytaxt komandasının 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hokkeyçi aprelin 6-da baş tutacaq “Nyu York Aylenders”lə görüşdə fərqlənəcəyi təqdirdə NHL tarixinin ən çox qol vuran oyunçusu olacaq.
"Cebheinfo.az"