Sergen Yalçın “Beşiktaş”a qayıdır? – Klubdan açıqlama

Sergen Yalçın “Beşiktaş”a qayıdır? – Klubdan açıqlama

Türkiyənin “Beşiktaş” klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.

“Cebhe.info” xəbər verir ki, İstanbul klubunun əsas hədəfi yenidən Sergen Yalçını komandanın başına gətirməkdir.

Son zamanlar təcrübəli mütəxəssislə mövsümün sonunda müqavilə imzalanacağına dair iddialar artır. “Beşiktaş” futbol komandasının baş koordinatoru Samet Aybaba da bununla bağlı açıqlama verib. O, bu mövzuda danışmağın etik olmayacağını söyləyib:

“Sergen Yalçın ilə hələ ki, hər hansısa görüş keçirməməşik. O, hazırda komanda çalışdırır. Ona görə, bu, etik olaraq da doğru olmaz”.

Elmir Mustafa
“Cebhe.info”