Nicat Lənkəranskini öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Nicat Lənkəranskini öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl baş verən silahlı insidentə görə saxlanılan Elvin Qasımov məhkəmə qarşısına çıxarılıb.

Cebhe.info APA-ya istinadla bildirir ki, Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, Elvin Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə iki gün əvvəl-martın 10-da Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

Silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Cebhe.info