Axşam saat 6-dan sonra bunu etsəniz…

Axşam saat 6-dan sonra bunu etsəniz…

Axşam fiziki fəaliyyət (axşam saat 18:00-dan gecə yarısına qədər) kök insanlarda ürək sağlamlığını qorumaq üçün digər vaxtlarda idman etməkdən daha yaxşıdır. 

Bunu Avstraliya tibb və tədqiqat mərkəzi olan Çarlz Perkins Mərkəzinin  alimləri müəyyən ediblər. 

“Cebhe.info” xəbər verir ki, araşdırmanın nəticələri “Diabetes Care” jurnalında dərc olunub.

Tədqiqatda yaşı 40-dan yuxarı olan 29 836 obez iştirak edib. 

Bütün könüllülər arasında, demək olar ki, üç minə də tip 2 diabet diaqnozu qoyuldu. 

İştirakçılar gündəlik fəaliyyətlərinin (xüsusilə də aerobik fəaliyyət) ən çox günün hansı saatında yerinə yetirilməsindən asılı olaraq səhər, günorta və axşam məşq qruplarına bölündülər.

Tədqiqatın əvvəlində orta məlumat əldə etmək üçün alimlər xüsusi cihazlardan - bilək akselerometrlərindən istifadə etməklə könüllülərin fiziki aktivliyinin səviyyəsini və vaxtını izləyiblər. Bundan sonra iştirakçıların təxminən səkkiz il davam edən müşahidə dövrü başlayıb.

Müşahidə zamanı məlum olub ki, axşam saat 6-dan sonra qısa fasilələrlə (yüksək və aşağı intensivlikli fiziki fəaliyyətin növbələşən vaxt dövrlərində məşqlər zamanı) məşq edən insanlarda ürək-damar xəstəliklərinin və bu kimi kəskin vəziyyətlərin inkişaf riski daha az olub. 

Alimlər deyirlər ki, axşam idmanının bu mühüm faydası 2-ci tip diabetli insanlarda insulinə həssaslığın artması ilə bağlıdır. İnsulinə yüksək həssaslıq orqanizmin hüceyrələrinə qlükozadan daha səmərəli istifadə etməyə imkan verir ki, bu da qanda şəkərin səviyyəsini aşağı salır, qan damarlarında patoloji dəyişikliklərin qarşısını alır və ürək xəstəliklərindən qoruyur.

Xəzər
“Cebhe.info”